Accessibility links

Avstraliya və Asiyada yüzlərlə insan iqlim dəyişikliyinə qarşı yürüş keçirir


Avstraliya və Asiya-Sakit okean regionun digər ölkələrində minlərlə şagird cümə günü BMT-nin iqlim sammiti üçün bir araya gələn dünya liderlərini ətraf mühit fəlakətinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağıran qlobal tətilə start verərək küçələrə axışıb.

“Okeanlar qalxır, biz də həmçinin”, Melburnda nümayişdə iştirak edən bir şagirdin əlində tutduğu plakatın üzərində yazılıb.

16 yaşlı isveçli fəal Qreta Tunberqin ilhamlandırdığı etirazlar cümə günü 150 ölkə boyu keçirilir. İnsanlar yürüş edərək hökümətləri insanların səbəb olduğu iqlim dəyişikliyinin zərərli təsirlərini məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyə çağırır.

Greta Thunberg
Greta Thunberg

BMT-də yürüş

Tətilin kulminasiyası Nyu Yorkda iqlim dəyişikliyi ilə bağlı fəallığına görə Nobel Sülh Mükafatına nominasiya edilən Tunberq BMT-nin baş qərargahında yürüş keçirməsi olacaq.

Cümə günü gündüz saatlarında Sidneydə etirazçılar 34 hektarlıq açıq ərazini doldurub. Bənzər izdihamların Brisbeyn və digər şəhərlərdə də olduğu deyirli .

Təşkilatçılar Avstraliyada küçələrə 300 indən çox insanın çıxdığını təxmin edir ki, bu da 2003-də İraq müharibəsi başlayandan bəri ölkədə keçirilən ən böyük nümayiş deməkdir.

Avstraliya boyu 110 şəhərdə etirazlar keçirilib. Təşkilatçılar hökümət və biznesləri karbon emissiyalarını 2030-dək sıfıra endirməyi hədəf almağa çağırır.

School Strike for Climate (İqlim Naminə Məktəb Tətili) bildirib ki, təkcə Avstraliyanın yeddi şəhərində nümayişlərə 265 min insan qatılıb. Təxminən 100 min nəfərlik ən böyük izdiham Melburn şəhərində olub, Sidneydə isə 80 min insan nümayişdə iştirak edib.

XS
SM
MD
LG