Accessibility links

Avstraliya və Yeni Zelandiya 2019-cu ili ilk olaraq qarşılayıb


Avstraliyada Sidney şəhərinin limanında atəşfəşanlıq, 1 yanvar, 2019.
Avstraliyada Sidney şəhərinin limanında atəşfəşanlıq, 1 yanvar, 2019.

Avstraliya, Yeni Zelandiya və ətrafda Sakit okean adaları ilk olaraq 2019-cu yeni ili atəşfəşanlıq və müxtəlif təntənələrlə qarşılayıb.

Avstraliyanın ən böyük şəhəri olan Sidneydə atəşfəşanlığa tamaşa etmək üçün təxminən bir milyon insanın toplaşdığı bildirilir. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, şou zamanı 100 mindən çox pirotexnika effektindən istifadə edilib.

İndoneziya paytaxtı Cakartada Yeni ilin gəlişi 400-dən çox cütün kütləvi evlilik mərasimi ilə qeyd edilib.

Cənubi Koreya paytaxtı Seulda isə minlərlə insan lazer şousu və atəşfəşanlığa tamaşa etmək üçün şəhərin ən böyük ticarət mərkəzinin ətrafına toplaşaraq, 2019-cu ilin gəlişini bayram edib.

Yaponiyada Yeni ili qeyd etmək üçün çoxları məbədləri ziyarət edib, başqaları isə ABŞ-ın boks super ulduzu Floyd Meyveder və yapon kikbokser Tenşin Nasukava arasında döyüşü izləyib.

BMT Yeni il mesajında dünyaya iqlim dəyişikliyiyi, artmaqda olan dözümsüzlük, geo-siyasi bölünmələr və bərabərsizlik haqda xəbərdarlıq etsə də, “ümidə səbəb olan işarələr”i qeyd edib.

Bu il Nyu Yorkun məşhur Tayms meydanında on minlərlə insanın qatılacağı gözlənilən və bir qrup jurnalistin iştirak edəcəyi ənənəvi büllur şarın endirilməsi mərasimi jurnalizm və söz azadlığına həsr ediləcək.

Nyu Yorkda Yeni il şənliyində daha bir yenilik isə polislərin kütləni dron vasitəsilə müşahidə etməsidir. Kamera daşıyan dron polis tərəfindən yerləşdirilmiş 1200-ən çox kamera vasitəsilə təhlükəsizliyə nəzarət edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG