Accessibility links

Avstraliyada temperaturun artması yanğınların genişlənməsinə səbəb ola bilər


Avstraliya rəsmiləri cümə günü bildirib ki, onlar diqqəti su stansiyaları, nasos stansiyaları və digər infrastrukturu ölkənin ən böyük şəhəri olan Sidneyin ətrafında baş verən intensiv yanğınılardan qorumağa yönəlib.

Həftələrdir yanğınla mübarizə aparan yanğınsöndürənlər Milad bayramı günü ərzində havanın sərinləşməsi və rütubətin artmasına görə bir qədər rahatlaşsalar da, bu hava şəraitinin o qədər də uzun sürəyəci gözlənilmir.

Gələn həftənin əvvəlində Yeni Cənubi Uels ştatında temperaturun 40 dərəcəyə qalxacağı proqnozlaşdırılır. Bu isə 5 milyon əhalisi olan Sidneyin təxminən 80 faizini su ilə təmin edən Varraqamba su bəndi yaxınlığında yanğınların artmasına səbəb ola bilər.

Sidneydən 65 km qərbdə yerləşən Varraqamba bəndi dağlardan axan su ilə təmin olunur.

Ştat rəsmisinin bildirdiyinə görə, yanğının çox sayda dağıntılara səbəb olmasına baxmayaraq, ştatın su infrastrukturu şəbəkəsi zərər görməyib.

XS
SM
MD
LG