Avstraliya rəsmiləri Kvinslənd ştatında qalmış sakinlərin sahil regionlarını vuracaq Yasi siklonundan qurtulmaq üçün evakuasiyaya vaxtı qalmadığını deyir. Kvinslənd rəsmiləri deyirlər ki, Kairns şəhərində evakuasiya sığınacaqları doqquz minlik limitə çatıb və hazırda oraya pənah gətirən adamları geri qaytarmaq məcburiyyətindədirlər. Minlərlə sakin atıq regionu tərk edib və yerli hospitalların xəstələri ştat paytaxtı Brisbeyn şəhərinə köçürülüb. Yasi siklonu saatda 300 kilometrlik küləklərlə beşinci kateqoriyalı tufan olaraq sahillərə çatacaq. Metereoloqların Yasi siklonunun nəhəng dalğalar yaradaq minlərlə evi daşqın təhlükəsi qarşısında qoyacağı barədə xəbərdarlıq edirlər.