Accessibility links

Avstraliyanın Yeni Cənubi Vels əyalətində yanğınlar davam edir


Yeni Cənubi Vels əyalətində onlarla kol yanğınlarınlarının baş verməsindən sonra Avstraliya rəsmiləri fəlakətli yanğın təhlükəsi barədə xəbərdarlıq edib.

Yeni Cənubi Velsin baş naziri Qladis Berejiklian bazar ertəsi bölgədə fövqəladə vəziyyət elan edib. Hökumətin yanğınsöndürənlərə verdiyi resurslarını evakuasiya, yolların bağlanması və kommunal xidmətlərin kəsilməsi kimi geniş səlahiyyətlər azı bir həftə davam edəcək.

“Yeni Cənubi Vels boyu 60-dan çox yanğın davam edir və biz onların yarısından çoxuna nəzarətsiz edə bilmirik. Onlardan demək olar ki, onu hazırlıq səviyyəsindədir. Dünənki yanğınları və bugünkü hava şəraitini nəzərə alsaq, Yeni Cənubi Velsin şimalında baş verən yanğınların bir çoxunun təhlükə səviyyəsinin artacağını demək olar. Hava şəraiti hələ də çox qurudur” - deyə, Yeni Cənubi Vels Yanğınsöndürmə İdarəsinin komissarı Şeyn Fitsimons bildirib.

Çərşənbə axşamı temperaturun yüksələcəyi və küləyin sürətinin artacağı gözlənilir.

Yanğınlar səbəbindən cümə günüdən bəzi Yeni Cənubi Velsdə 3 nəfərin öldüyü və 150-dən çox evin yanğıdı barədə məlumat təsdiq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG