Accessibility links

Avstraliya və Yeni Zelandiya 2018-ci ili qarşılayan ilk ölkələrdir


Yeni Zelandiya , Avstraliya və Sakit okeanda yerləşən ətraf adalar yeni 2018-ci ili ilk olaraq qarşılayıb.

Sidneyin məşhur limanında təxminən 1.5 milyon insan bu il eynicinslilərin evliliyinə icazə verilməsini təntənə edərək, göy qurşağının rənglərinə boyanmış atəşfəşanlığa tamaşa edib.

Bundan bir neçə saat əvvəl Yeni Zelandiyanın ən böyük şəhəri olan Oklandda minlərlə insan küçələrdə yeni il təntələnələrinə qoşulub və atəşfəşanlığa tamaşa edib.

Yeni il münasibətilə tədbirlərə hazırlıq məqsədilə hüquq-müdafiə orqanları, hərbi qüvvələr və təhlükəsizlik qüvvələrinin minlərlə üzvü təhlükəsizliyin təmin etmək üçün şəhərlərdə yerəşdirilib.

Yeni ili qarşılayan ilk ölkələrdən biri olan Avstraliyada rəsmilər bildirib ki, polis qüvvələri ölkədə ən böyük təhlükəsizlik əməliyyatının bir hissəsi kimi quruda, havada və suda təhlükəsizliyi təmin edəcək.

Polis keçən ay Melburnda Yeni ilin gəlişini bayram etmək üçün toplaşmış insanlara atəş açmağı planlaşdıran şəxsi həbs edib.

Birləşmiş Ştatlarda Nyu York şəhərinin rəsmiləri Tayms meydanında Yeni ilin qarşılanması mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə iki mərhələdən ibarət yoxlama tətbiq ediləcəyini, küçələrin bağlanacağı və xüsusi təlim keçmiş itlərin küçələrin mühafizəsinə cəlb ediləcəyini elan ediblər. Tayms meydanında Yeni ildə büllür topun endirilməsini tamaşa etmək üçün təxminən 2 milyon insanın toplaşacağı gözlənilir.

XS
SM
MD
LG