Accessibility links

Avstraliyada 11 milyon dəyərində qızıl tapılıb


Qərbi Avstraliyadakı mədənçilər dəyərinin milyonlarla dollar olduğu təxmin edilən qızılla örtülü iki böyük süxur kəşf etdiklərini açıqlayıb.

Bazar ertəsi Avstraliyada zəngin qızıl yatağı tapdığını açıqladıqdan sonra baş qərargahı Kanadada yerləşən mədən şirkətinin səhmlərinin qiyməti yüksəlib.

RNC Minerals şirkətinin rəsmiləri bildiriblər ki, mədənçilər Perthin şərqində yerləşən Kambalda nikel mədənində təxminən 262 kiloqram çəkisində yüksək dərəcəli qızıl qayaları tapıblar.

Şirkət nümayəndələri inanır ki, qızıl qayaları emal edildikdən sonra onların dəyəri 11 milyon dollara yaxın olacaq.

XS
SM
MD
LG