Accessibility links

Avstraliya COVID-19-un delta variantı ilə mübarizə aparır


Medical staff work in the waiting area at a coronavirus disease (COVID-19) vaccination clinic at the Bankstown Sports Club as the city experiences an extended lockdown, in Sydney, Australia, Aug. 3, 2021.

Şənbə günü açıqlanan rəsmi rəqəmlərə görə, Avstraliyada COVID-19 epidemiyası getdikcə pisləşir. Yeni Cənubi Uels səlahiyyətliləri Sidneydə delta variantlı infeksiyalar artdıqca, virusu yox etmək üçün uzun müddətdir davam edən siyasətdən əl çəkməli olduqlarını qəbul edirlər.

Avstraliyanın üç ən böyük şəhəri olan Sidney, Melburn və Brisbendəki əhalinin yarıdan çoxu karantin altındadır.

Viktoria əyaləti son bir gündə 29 yeni koronavirus hadisəsi qeydə alıb, Qvinslenddə şənbə günü 13 yeni yoluxma faktı aşkarlanıb.

Avstraliyanın ən sıx əhalisi olan Yeni Cənubi Uelsdə delta variantının yayılması pisləşir. Son 24 saat ərzində üç yüz on doqquz yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı gündən bəri əyalətdə bir gündə ən çox, 300-dən çox yoluxma halının qeydə alınmasıdır. Epidemiya iyunun ortalarında aşkar edildikdən sonra 84 nəfər ölüb.

Bu statistika digər ölkələrlə müqayisədə kiçik görünə bilər, lakin Avstraliya kontekstində olduqca əhəmiyyətlidir.

Avstraliya virusu beynəlxalq sərhədlərin bağlanması və ciddi kilidləmə yolu ilə əzməyə çalışmaq siyasətinə sahib idi, lakin səlahiyyətlilər delta variantının çox yoluxucu olması səbəbindən yoluxmanın aradan qaldırılmasının və bundan sonra hansı formada olacağını öngörməyin mümkün olmadığını irəli sürür.

Onlar bunun əvəzinə, Avstraliyanın COVID-19 ilə yaşamağı öyrənməli olacağına inanır.

Yeni Cənubi Uelsin səhiyyə naziri Bred Hazzard isə optimistik şəkildə, kilidləmə məhdudiyyətlərinə əməl olunarsa, yoluxma halların sayının kəskin şəkildə azaldılacağını söyləyib:

"Baxın, hələ də sıfıra qayıdacağımıza ümid bəsləyirəm, amma delta virusun olduqca vəhşi bir variantıdır. Bu, dünyada fəlakətə səbəb olur" -deyə bildirib- “Peyvəndə sizin yox, qonşunuzun ehtiyacı olduğunu düşünmək, özünümüdafiə metodudur. Hər birimizin ehtiyacı var. Hamımız peyvəndlənməliyik və qaydalara əməl etməsək, sıfıra qayıtmağımız çətinləşir, amma yenə də ora çatacağımıza ümid edirəm."

Avstraliyada vaksinasiya nisbəti digər ölkələrlə müqayisədə aşağı olaraq qalır, çünki tədarük çatışmazlığı və cəmiyyətin mümkün yan təsirləri ilə bağlı narahatlıqları var. Avstraliyalıların yalnız təxminən 20% -i tamamilə aşılanıb. Səlahiyyətlilər, kilidləmə məhdudiyyətlərinin yumşaldılması üçün bu peyvənd nisbətlərinin 50% ilə 80% arasında olması lazım olduğunu söyləyir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG