Avstraliyanın media hüquqları qrupları gizli materialların dərc edilməsi ittihamları ilə milli yayım şirkətinin ofislərinə reyd keçirdiyinə görə federal polisi tənqid edir.
Hökumət tərəfindən maliyyələşdirilən Avstraliya Yayım Korporasiyasının (ABC) Sidney şəhərindəki mərkəzi ofisində reyd polisin The Sunday Telegraph qəzetinin baş redaktorunun evinə reyd etməsindən bir gün son keçirilib.
The Sunday Telegraph qəzetinin ana şirkəti olan News Corp bildirib ki, bu reyd “xoşagəlməz həqiqəti deməyə öhdəlik götürən insanlara qarşı hədə-qorxu gəlinməsini nümayiş etdirir.”
ABC televiziya kanalının icraçı direktoru Deyvid Anderson bəyanatında bildirib ki, “milli yayım təşkilatının bu cür reydi çox qeyri-adi bir haldır.”
Yenidən seçilmiş baş nazir Skot Morrison çərəşənbə günü özünü bu reydlərdən uzaq saxlamağa cəhd edərək bildirib ki, “Avstraliyanın mətbuat azadlığını və milli təhlükəsizliyini qoruyan aydın qaydaları var.”