Accessibility links

Avstraliyada beş nəfəri öldürən şəxs saxlanılıb


Avstraliya polisinin verdiyi məlumata görə, Darvin şəhərində iyunun 4-də bir neçə insanı öldürən və digərlərini yaralayan silahlı şəxs saxlanılıb.

Avstraliya Xəbər Agentliyibildirib ki, şübhəli ov tüfəngi ilə beş nəfəri öldürüb.

Baş nazir Skott Morrison şübhəlinin həbs edildiyini təsdiqləyib və insidentin terrorizmlə bağlı olmadığını deyib.

"Bu, dəhşətli zorakılıq aktıdır" - deyə, Morrison hazırda D-Day münasibətilə səfər etdiyi Londonda bəyanat verib. O, vurğulayıb ki, hazırda insidentin terrorizmlə əlaqəli olduğuna dair heç bir sübut yoxdur.

1996-cı ildə Tasmaniya adasında yerləşən Port Arturda silahlı şəxsin 35 nəfəri öldürməsindən sonra Avstraliyada dünyanın ən sərt odlu silah qanunları qəbul olunub.

Qətliamdan sonra Avstraliya yarı-avtomat silahlar qadağan edib, silah alqı-satqı sxemi işə salınıb və istifadə olunmayan silahları kilidlənməsini tələb edən ciddi lisenziyalaşdırma qaydaları tətbiq edib.

XS
SM
MD
LG