Accessibility links

Avstraliyadakı Böyük Mərcan Rifləri kütləvi şəkildə ağarır


Avstraliyadakı Böyük Mərcan Rifləri suyun temperaturunun yüksəlməsi səbəbi ilə tarixdə ilk dəfə rekord səviyyədə ağarmaq təhlükəsi ilə üzləşib. Alimlər buna görə iqilm dəyişikliyini əsas göstərir. Uzun müddət davam edən istilərdən sonra mərcanların ağarmağa balşadığı bildirilir.

Xəbərdarlıq Avstraliya universitetinin mütəxəssisləri və ABŞ Milli Okean və Atmosfer Administrasiyasından gəlib.

Qeyd edəki ki, dünyadakı ən böyük mərcan rifləri sistemi 2016 və 2017-ci illərdəki böyük ağarmadan sonra yenidən bərpa olunmağa başlamışdı.

Böyük Mərcan Rifinin cənub hissəsi çəhrayı və bənövşəyi olmalı olduğu halda artıq tamamı ilə ağ rəngə bürünüb.

Mərcanlar həddindən artıq istiyə qarşılıq vermək üçün onlara parlaq rəng və enerji verən yosunları özündən uzaqlaşdırır. Mərcanlar ağardıqda tamamıilə məhv olmasalar da daha kövrək olurlar.

Queensland Universitetinin dəniz bioloqu Aaron Chai təcili olaraq qlobal istiləşmə ilə mübarizəyə ehtiyac duyulduğunu bildirib.

"Son bir ayda kütləvi ağarma daha da güclənib. Qəhvəyi, çəhrayı, mavi və tünd qırmızı rənglərdə olan riflər artıq ağ rəngdədir. Hal-hazırda qayalıqda baş verənlərə nəzər saldıqda qorxuram ki, təcrübələrimizdə riflərin gələcəyi ilə bağlı etdiyimiz təxminlər indi baş verə bilər. İqlim dəyişikliyini sabitləşdirə bilsək Böyük Mərcan Riflərinin bərpa olunmasına və əvvəlki şöhrətinə çatmasına imkan verə bilərik" - deyə, bioloq Aaron Chai bildirib.

Avstraliya alimləri ağarmanın 2016 və 2017-ci illərə nisbətən daha geniş yayıla biləcəyindən qorxurlar. Lakin bunun çox da ziyanlı olmayacağından ümidvardırlar.

Böyük Mərcan Rifləri Avstraliya iqtisadiyyatına ildə 6.4 milyard dollar gəlir gətirir. Və 60 mindən çox insana iş imkanı yaradır.

Riflər Avstraliyanın şimal-şərq sahilindən 2300 kilometr aşağıya doğru uzanaraq təxminən Yaponiyanın ölçüsünə yaxın bir ərazini əhatə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG