Accessibility links

Avstraliyadakı diplomatik missiyalara şübhəli bağlamalar göndərilib


Avstraliya rəsmiləri paytaxt Kanberra və cənubdakı Melburn şəhərindəki bir neçə xarici səfirlik və konsulluğa göndərilən şübhəli bağlamalarla bağlı araşdırmalar aparır.

Bağlamaların göndərildiyi Kanberra şəhərindəki diplomatik missiyaların adları açıqlanmasa da, ABŞ səfirliyi qarşısında polis və təcili yardım maşınlarının olduğu bildirilib.

Həm Birləşmiş Ştatlar, həm də Britaniya konsulluqları şübhəli bağlamalar aldıqları barədə xəbəri təsdiq edib.

Xəbərlərdə şübhəli bağlamaların Melburnda yerləşən İşveçrə, Pakistan və Misirin diplomatik missiyalarında aşkar edildiyi bildirilib.

Avstraliya Federal Polisi Almaniya, Hindistan, İtaliya və İspaniya konsulluqları da daxil edilməklə, Melburn şəhərində şübhəli 10 bağlama üzərində araşdırma aparılır.

Bağlamaların yoxlanıldığı, lakin təhlükəli olmadıqları bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG