Accessibility links

Avstraliyalı dalğıclar medala layiq görülüb


Avstraliyada Tailand mağarasında ilişib qalan 12 yeniyetmə oğlan və onların furtbol məşqçilərini xilas edən 9 dalğıc medalla təltif edilib.

Paytaxt Kanberrada təşkil edilən mərasimdə anestezioloq Riçard Harris və təqaüddə olan veteran Qreq Çallen ölkənin ikinci ən yüksək mülki mükafatı olan “Cəsarət Ulduzu”na layiq görülüb.

Harris deyib ki, 13 nəfərə sakitləşdirici dərman vermək olduqca riskli idi. “Çünki zəifləmiş, susuz və yeməksiz qalanlara mən heç vaxt dərman verməmişdim" - deyə, o bildirib.

6 polis işçisi və dalğıc da mükafata-"Cəsarət medalı"na layiq görülüb.

Dalğıclardan biri oksigen bitdiyi üçün həlak olub.

12 yeniyetmə oğlan və onların futbol məşqçisi bir həftə xəstəxanada qalmalı olub.

XS
SM
MD
LG