Avstraliyalı Rudi Brauninq Dron Yarışları üzrə ilk Dünya Çempionatının qalibi olub. Çempionat Çinin Şenzen şəhərində keçirilib.
15 yaşlı gənc yüzlərlə iştirakçının qatıldığı dörd günlük çempionatda hər kəsi arxada qoyaraq, qələbəni təmin edib.
Avstriyalı Bastian Hakl ikinci yer, Latviyalı Karlie Qross isə üçüncü yerlə kifayətləniblər.
Bununla bərabər, İsveçrə təmsilçisi Timoti Troubridc 100 metrlik xət üzrə dronu 114 km/saat sürətlə idarə edərək, dünya rekorduna imza atıb.
11 yaşlı tailandlı Vanraya Vannaponq qadınlar arasında, 17 yaşlı isveçli Oskar Nillson isə gənclər arasında qalib olub.