Accessibility links

Avstraliyanın şimalında rekord daşqınlar


Avstraliyanın şimalında yerləşən Kuinslend ştatının Taunsvil şəhərində hökümətin bazar günü bəndin tam olaraq açılması qərarından sonra təxliyə işləri davam edir.

Şəhərdəki bəndlər açılması Ross çayının daşaraq ətraf kəndləri sel təhlükəsi qarşısında qoymamaq məqsədilə açılıb.

Taunsvildə əksər evlər elektrik enerjisiz qalıb, yolların çoxunu su basıb.

Xilasedicilər qayıq və helikopterlərin köməyi ilə minlərlə evi evakuasiya edib. 400 hərbçi su basma təhlükəsinin qarşısını almaq üçün obyektlərin ətrafına qum kisələri yerləşdirib.

Avstraliya Metereologiya Xidməti bazar günü “kütləvi daşqın təhlükəsi” xəbərdarlığını yayaraq, insanları yüksəkliklərdə sığınacaq tapmağa çağırıb.

Tounsvil, Kuinslənd
Tounsvil, Kuinslənd

Kuinslend ştatının baş naziri Anastasiya Palaszçuk xəbərdarlıq edib ki, növbəti iki gündə Taunsvil və ətraf bölgələrə daha çox yağış yağması daha çox daşqınlara səbəb ola bilər.

Taunsvil şəhərinin merdi Cenni Hill son yağışları “yüz ildə bir olan” hadisə adlandırıb.

Son bir həftə ərzində bölgəyə 1012 millimetr yağış yağıb. 1998-ci ildə yağıntılar üçün əvvəlki rekord 886 millimetr idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG