Accessibility links

Avstraliyanın Viktoria ştatında yeni COVID-19 məhdudiyyətləri elan olunub


COVID-19-a 39 yeni yoluxma hallarının aşkarlanması səbəbindən AvstraliyanınMelburn şəhərində növbəti dəfə qapanmalar elan olunub.

Səhiyyə rəsmiləri yoluxmaların artmasının qarşısını almaq məqsədi ilə sakinlərə evdə qalmağa və oteldə karantində olan şəxsdən digər insanlara virusun necə keçməsini araşdırmaq üçün vaxt vermələrini istəyib.

Karantində olan şəxsin virusun Hindistan versiyasına yoluxduğu xəbər verilir.

Avstraliyanın cənubundakı Viktoriya ştatının baş naziri vəzifəsini icra edən Ceyms Merlino Melburnda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, yeni yoluxmalar "virusun yüksək dərəcədə yoluxucu verisyası səbəbindən artmaqdadır və bu, qeydə aldığımızdan daha sürətli yayılmaqdadır".

Qapanmalar müddətində sakinlərə evlərindən yalnız zəruri işlər, məktəb, alış-veriş, qulluq, idman və tibbi səbəblərdən, eləcə də planlı koronavirus peyvəndləri vurdurmaq üçün çıxmağa icazə veriləcək.

Bu yeni qapanmalar pandemiya başlayandan bəri Viktoriyada artıq dördüncü dəfədir elan olunur. Qapanmaların ən sərt vaxtı 2020-ci ilin ortalarında həyata keçirilmişdi. O zaman Viktoriya ştatında yoluxmalar nəticəsində 800-dən çox insan həyatını itirmişdi və qapanmalar üç ay davam etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG