Accessibility links

Avstriya sərhəd qorunması tədbirləri tətbiq etməyə hazır olduğunu deyib


Almaniya hökuməti bazar ertəsi açıqladığı ciddi miqrasiya nəzarəti barədə bir sıra qətiyyətli immiqrasiya qaydalarını qəbul edəcəyi təqdirdə, Avstriya sərhəd qorunması tədbirləri tətbiq etməyə hazır olduğunu deyib.

Avstriya hökumətinin bəyanatında bildirilir ki, ölkə İtaliya və Sloveniya da daxil olmaqla əsasən cənub sərhədlərini müdafiə etmək üçün tədbirlər görür.

Almaniya kansleri Angela Merkelin hakim partiyası daha da çox mühacirin gəlməsi siyasətini müdafiə edir. Onun Bavariya koalisiyası isə ölkəyə daxil olmazdan əvvəl mühacirlərin daha sərt yoxlamalardan keçmələrinə çağırır.

Merkel və Xristiyan İctimai Birliyinin lideri və daxili işlər naziri Horst Sihofer hər iki tərəfi təmin edəcək plan üzərində razılığa gəldiklərini bildirib.

Razılıq məhkəmə prosesləri nəzərdən keçirilənədək mühacirlərin saxlanılması üçün trazit mərkəzlərinin yaradılmasına çağırır.

Mühacirlərin digər Avropa İttifaqı ölkəsinə sığınacaq üçün müraciət etdikləri məlum olduğu təqdirdə, onlar öz ölkələrinə və ya Avstriyaya göndəriləcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG