Accessibility links

Avstriya COVID-19-a qarşı peyvənd olunmayanlar üçün karantin tətbiq edir


Avstriya kansleri Aleksandr Şallenberq bazar günü bildirib ki, rekord həddə yüksələn infeksiyalara qarşı mübarizə aparmaq üçün koronavirusa qarşı tam peyvənd olunmamış milyonlarla insan üçün bazar ertəsi günündən etibarən karantin rejiminə keçir.

Avropa yenidən COVID-19 pandemiyasının episentrinə çevrilməsi bəzi hökumətləri məhdudiyyətləri yenidən tətbiq etməyi nəzərdən keçirməyə vadar edib.

Avstriya əhalisinin təxminən 65 faizi COVID-19-a qarşı tam peyvənd olunub ki, bu da Qərbi Avropada ən aşağı göstəricilərdən biridir. Bir çox avstriyalı peyvəndlərə şübhə ilə yanaşır, bu baxış parlamentdə üçüncü ən böyük partiya olan ifrat sağçı Azadlıq Partiyası tərəfindən dəstəklənir.

Niderland hamıya şamil edilən qismən karantin tətbiq etməklə infeksiyaların artması ilə mübarizə apararkən, Avstriyada mühafizəkarların rəhbərlik etdiyi hökumət tam peyvənd olunanlara əlavə məhdudiyyətlər tətbiq etməkdən yayınmaq istədiyini qeyd edib.

"Biz vaksinasiya səviyyəsini artırmalıyıq. Bu, utancverici dərəcədə aşağıdır" – deyə, Avstriyanın doqquz vilayətinin qubernatorları ilə video zəngdən sonra mətbuat konfransında yeni tədbirləri elan edən Şallenberq bildirib.

Səhiyyə naziri Volfqanq Myukştayn mətbuat konfransında verdiyi açıqlamada 12 və daha aşağı yaşda olanlar istisna olmaqla, peyvənd olunmayanların yalnız işə getmək və ya zəruri alış-veriş etmək kimi məhdud səbəblərə görə evlərini tərk edə bilməsini nəzərdə tutan karantin rejimini elan edib. O, karantinin 10 gün davam edəcəyini əlavə edib.

Şallenberqin mənsub olduğu mühafizəkar partiyası da daxil olmaqla, bir çox rəsmi və polis əhalinin yalnız bir hissəsinə aid olduğu üçün belə bir karantinin lazımi şəkildə təmin oluna biləcəyi ilə bağlı şübhələrini ifadə edib. Bununla belə, Şallenberq və Daxili İşlər naziri Karl Nehammer polis tərəfindən hərtərəfli yoxlamalar aparılacağını deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG