Accessibility links

Avstraliyada koronavirus yenidən sürətlə artmağa başlayıb


COVID-19-a yoluxma hallarının artması bazar ertəsindən etibarən Avstraliyanın Viktoriya ştatını yenidən sərt məhdudiyyətlərə qayıtmağa məcbur edib. Son iki gündə yoluxmalar son iki ayda ən yüksək səviyyədədir. Ştatda fövqəladə vəziyyət rejimi də uzadılıb.

Viktoriya ştatında koronavirusa yoluxma hallarının əksəriyyəti çox sayda insanın bir arada olması ilə əlaqələndirilir. Melborndakı iki mehmanxanada da çox sayda yoluxma halı qeydə alınıb.

Virusun infeksiya kimi yayılması deyil, xarici səfərlərdən qayıdanların virusu ictimailəşmiş şəkildə yayması səhiyyə rəsmilərinin narahtlığına səbəb olub.

Sakinlərinn evdə qalmaları, əsasən də Viktoriya ştatının paytaxtındakı COVID-19-un qaynar 6 nöqtəsindən uzaq durmaları tövsiyə edilir. Rəsmilər yoluxmanın baş qaldırdığı qaynar nöqtələr ətrafında 'təçrid halqaları' qurmağı düşünür.

Qonşu Yeni Cənubi Uelsdə rəsmilər vətəndaşlara Melburna səyahətlərini yenidən nəzərdən keçirməyi tövsiyə edirlər.

Son həftələr Avstraliyada məhdudiyyətlər tədricən yüngülləşdirilsə də, Viktoriya ştatının rəsmiləri özlərinə güvənməkdə günahlandırılıb. Ştat boyu daxildə və açıq havada yığıncaqlara yenidən məhdudiyyətlər tətbiq edilir.

Viktoriya ştatının baş naziri Daniyel Endryus sakinləri ehtiyatlı olmağa çağırıb.

XS
SM
MD
LG