Accessibility links

Vyanada koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib


Bazar günü Vyanada koronavirus məhdudiyyətlərinə qarşı minlərlə ifrat sağçı etirazçı çevik polis qüvvələri ilə qarşılaşıb.

Vyana polisi sağçı Azadlıq Partiyası də daxil olmaqla, ümumiyyətlə sosial məsafəyə dair qaydalara riayət edilmədiyi və maskalar taxılmadığı səbəbindən həftə sonuna planlaşdırılan çoxsaylı etiraz aksiyalarını qadağan edib.

Dekabrın 26-dan bəri Avstriya üçüncü dəfədir məhdudiyyətlər həyata keçirməyə məcbur olub. Vacib olmayan mağazalar və bir çox müəssisələr bağlanıb, insanlar işsiz qalıb.

Müxalifət Azadlıq Partiyası məhdudiyyətləri qınayaraq, onları "korona dəliliyi" adlandırıb, liderləri isə peyvəndlə bağlı qarışıq mesajlar göndərib.

Azadlıq Partiyası liderinin müavini Herbert Kikl şənbə günü mühafizəkarların rəhbərlik etdiyi hökuməti ümumiyyətlə tənqidlərə qadağada günahlandırıb. O, tərəfdarlarını qadağan olunmuş etiraz aksiyası əvəzinə paytaxtda gəzintiyə çıxmağa və "narazılıqlarını dinc şəkildə ifadə etməyə" çağırıb.

Bazar günü keçirilən etiraz aksiyalarının çoxunun səbəbi aydın deyildi. Bəziləri Azadlıq Partiyasını dəstəklədiklərini bildirib, maskasız olan digərləri isə mühafizəkar kansler Sebastian Kurza qarşı olduqlarını deyərək, "Kurz getməlidir" şüarları səsləndirib. Etirazçıların çoxunun əlində Avstriya bayraqları olub.

Polisin 5 min nəfərə qədər olduğunu təxmin etdiyi izdiham Vyananın mərkəzindəki meydanda toplaşıb.

XS
SM
MD
LG