Accessibility links

Avstriya ordusunun polkovniki Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinir


Avstriyanın kansleri Sebastian Kurz
Avstriyanın kansleri Sebastian Kurz

Bu yaxınlarda təqaüdə çıxmış Avstriya ordusunun polkovniki onillər boyu Rusiyanın xeyrinə casusluq etməkdə şübəhli bilinir.

Cümə günü Vyanada müxbirlər önündə çıxış edən Avstriya kansleri Sebastian Kurz deyib ki, mümkündür polkovnik Rusiya kəşfiyyatı üçün 1990-cı illərdə casusluq etməyə başlayıb və əməllərini 2018-ci ilədək davam etdirib.

Kurz deyib ki, Niderland və ya Avstriyada olmasından asılı olmayaraq “əgər bunların baş verdiyi təsdiq olunsa” Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin yaxşılaşması mümkün olmayacaq.

Bununla o, aprel ayında Haaqada yerləşən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatını haker hücumu etməyə cəhddə ittiham olunan dörd rusiyalı agentin ölkədən qovulmasına istinad edib.

Eyni mətbuat konfransında çıxış edən Avstriyanın müdafiə naziri Mario Kunasek bu məsələnin üstünün “bir neçə həftə öncə” bir digər Avropa kəşfiyyat idarəsindən alınan məlumatdan sonra açıldığını bildirib.

Avstriyanın xarici işlər naziri Krain Kneissl məsələni müzakirə etmək üçün Rusiyanın müvəqqəti işlər vəkilini dəvət edib və Rusiyaya səfərini təxirə salıb.

Rusiya mediasının verdiyi məlumata görə, rəsmi Vyana şübhəli casusluq fəaliyyəti ilə bağlı izahat tələb edəndən sonra, Rusiyanın Xarici İşlər Nazirliyi cümə günü Avstriya səfirini dəvət edib.

XS
SM
MD
LG