Accessibility links

Vyanada bir məscid və İslam Assosiasiyası bağlanıb


Avstriyanın inteqrasiya naziri cümə günü deyib ki, bazar ertəsi Vyanada dörd nəfəri qətlə yetirən şəxsin tez-tez getdiyi məscid və İslam Assosiasiyası bağlanıb.

Syuzan Raab mətbuat konfransında təcavüzkarın radikallaşmasında bu iki müəssisənin rolunun olduğunu bildirib.

20 yaşlı cihadçı yoldan keçənlərə və barlara atəş açdıqdan bir neçə dəqiqə sonra polis tərəfindən öldürülüb. Daha sonra onun Vyanada anadan olan Kuytim Fejzulay olduğu təsbit edilib.

Cümə günü Almaniyada polisi Avstriya rəsmilərinin "islamçı terrorist" olaraq xarakterizə etdiyi hücumçu ilə əlaqəsi olduğu güman edilən 4 nəfərin evində və iş yerlərində axtarış aparıb.

Vyana polis idarəsinin rəisi Gerhard Puerstl mətbuat konfransında deyib ki, Almaniya kəşfiyyatı Almaniyadan olan həmin şəxslərin yayda hücumçu ilə Avstriyanın paytaxtında birlikdə vaxt keçirdiyini bildirib.

Puerstl bu məlumatın Slovakisya kəşfiyyatının məlumatı ilə birgə hücumçunun sursat almaq cəhdlərinin başqa cür nəticələnəcə biləcəyini deyib.

Avstriya rəsmiləri çərşənbə axşamı Vyana şəhərində azı 4 nəfərin ölümü və 14 nəfərin yaralanması ilə nəticələnən hücumu törədən şəxsin İslam Dövləti terror qrupuna pərəstiş etdiyini bildirmişdi.

Şərhlərə bax

XS
SM
MD
LG