Accessibility links

Avstriyada mayın 15-dən etibarən restoranlar, kilsələr və bəzi məktəblər açılacaq


Avstriya kansleri Sebastian Kurz Vyanada mətbuat konfransına zamanı qoruyucu maska taxaraq gəlib, 14 aprel, 2020.
Avstriya kansleri Sebastian Kurz Vyanada mətbuat konfransına zamanı qoruyucu maska taxaraq gəlib, 14 aprel, 2020.

Avstriya hökuməti mayın 15-də restoran və kafelərin yenidən açılmasına və dini xidmətlərin bərpa edilməsinə icazə verməklə koronavirusla bağlı məhdudiyyətləri daha da azaldacaq. Bu barədə çərşənbə axşamı kansler Sebastian Kurz deyib.

Avstriya bir aydan çoxdur restoranları, barları, teatrları, qeyri-mühim mağazaları və digər potensial toplanma yerlərini bağlamaq üçün ilk addımlar atmışdı. İnsanlara evdə qalmaq və mümkünsə evdən işləmək bildirilmişdi.

Avstriya həmçinin məhdudiyyətləri azaltmaqla “özün hazırla” tipli mağazalara, bağ mərkəzləri və 400 kvadrat metrdən az sahəsi olan mağazalara bir həftə əvvəl açılmağa imkan verən ilk ölkələr arasındadır. Ticarət mərkəzləri, daha böyük dükanlar və bərbərxanalar 1 maydan etibarən fəalliyyətə başlayacaq.

"Biz normal həyata digər ölkələrlə müqayisədə daha sürətli gedirik", kansler bildirib. Mətbuat konfransında danışan Kurz əlavə edib ki, tez-tez barları nəzərdə tutan "qastronom biznesləri" termininə aid məkanların mayın 15-dən etibarən açılmasına və axşam saat 11-ə qədər açıq qalmasına icazə veriləcək. Dini xidmətlər də eyni gündən etibarən bərpa edilə bilər.

Yenidən açılmış mağazalarda içəri buraxılan müştərilərin sayı məhdudlaşdırılmalı və alıcılar ağızları və burunlarını maska və ya parça ilə örtməlidirlər.

Kurz üz maskası taxmağın "yeni normaların" bir hissəsi olacağını deyib. Artıq ictimai nəqliyyatda üz maskaları məcburidir.

Əvvəlcədən elan olunduğu kimi, orta məktəblər son ilində tələbələr üçün may ayının əvvəlində açılacaq. Kurz daha aşağı siniflərdə təhsil alan şagirdlər üçün məktəblərin mayın 15-dən sonra təyin olunmamış vaxtdan tədricən açılacağını qeyd edib.

XS
SM
MD
LG