Accessibility links

Avstriyanın kansleri istefa verib


Avstriyanın mühafizəkar kansleri Sebastian Kurz koalisiya hökumətinin çökməsinin qarşısını almaq üçün şənbə günü istefa verib, çünki koalisiyadakı kiçik partiya onunla bağlı korrupsiya təhqiqatı aparıldığı bir vaxt Kurzun vəzifədən getməsini tələb edib.

İttihamları rədd edən Kurzun bu addımı koalisiyadakı tərəfdaşı olan Yaşıllar partiyasının tələbini qarşılayıb və parlamentin xüsusi sessiyasından üç gün öncəyə təsadüf edib. Həmin sessiyada parlament onu vəzifədən getməyə məcbur edəcək etimadsızlıq səsverməsini dəstəkləyəcəkdi.

Lakin o partiyasının lideri və parlamentdəki baş qanunvericisi olaraq qalmağı planlaşdırır və koalisiyadakı əsas qərarları verəcəyi gözlənilir.

“Mən çıxılmaz vəziyyətə son qoymaq, hərc-mrəcliyin qarşısını almaq və sabitliyi təmin etmək üçün yol açmaq istəyirəm,” Kurz mediaya verdiyi açıqlamada bildirib.

O təklif edib ki, Kurzun partiyasının dəstəklədiyi xarici işlər naziri Aleksandr Şallenberq kanselr vəzifəsinin icrasına başlasıb. Yaşıllar partiyası da açıq şəkildə onu qəbul edəcəyini bildirib.

“Mən hökumətin gələck işləri üçün bunun doğru addım olduğunu düşünürəm,” Yaşılların lideri və vitse-kansler Verner Koqler bəyanatında bildirib. O əlavə edib ki, Şallenberqla “çox konstruktiv” işgüzr münasibətləri var və bazar günü onunla görüşəcək.

Mühafizəkar mövqe

Avropadakı mühafizəkarlar arasında ulduz olan və immiqrasiyaya qarşı sərt yanaşması ilə tanınan 35 yaşlı Kurz 2017-ci ilə ultra-sağçı Azadlıq Partiyası ilə kolisiya qurduğu zaman Avropanın ən gənc liderlərindən birinə çevrildi. Lakin həmin koalisiya 2019-cu ildə baş verən qalmaqal nəticəsində dağıldı. Parlament onu vəzifədən qovsa da, Kurz erkən seçkilərdə qalib gəldi.

Prokurorlar Kurz və doqquz başqası ilə bağlı etibarın pozulması, korrupsiya və rüşvətxorluq şübhəsi ilə istintaq başladıblar.

XS
SM
MD
LG