Accessibility links

Avtomobil qəzasında 8 nəfər ölüb


Avtomobil qəzasında 8 nəfər ölüb (Foto Report agentliyinindir)

Masallı rayonunda (Bakıdan 236 kilometr cənub) “Mercedes” markalı mikroavtobusun "КамАЗ" markalı yük avtomobili ilə toqquşması nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliynin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Fövqəladə Hallar Nazirliynin məlumatına görə, xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb.

Yerli medianın yazdığına görə, mikroavtobus arxadan yük avtomobilinə çırpılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG