Accessibility links

“Avtomobil yolları sürət-ötüşmə meydanına dönüb”


Ərşad Hüseynov

Ekspert Ərşad Hüseynov Amerikanın Səsinə avtomobil qəzalarının səbəblərindən danışıb

“Sıxlaşan yol qəzalarının baş verməsinə səbəb bəzi sürüclərin qeyri-peşəkarlığı və yol hərəkəti qaydalarına riayət etməməsidir”. Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:04:18 0:00

Ekspert hesab edir ki, yollarda qəzaların baş verməsi ictimai nəqliyyat sahəsindəki problermlərdən yaranır, sürücülər üçün avtomobil yolları sərnişin daşıma yox, sanki, sürət və ötüşmə meydanına dönüb. Onun fikrincə, Bakı şəhərində oturuşmuş, müasir tələblərə cavab verən ictimai nəqliyyat sistemi yoxdur.

Foto-video çəkilişlərdə aydın görünür ki, şlaqbaum yoxdur, hələ dəmiyoluna çatmamış xəbərdarlıq nişanları yoxdur.

“BakuBus” istisnadır və bu sistemə irad yoxdur. Amma Bakıda fəaliyyət göstərən 2000 avtobusdan ancaq 300-ü “BakuBus”a aiddir. Qalan daşıyıcılar isə sərnişin daşıma qayda və tələblərinə ciddi yanaşmır, nəticədə də ölümlərə və kütləvi xəsarətlərə səbəb olan qəzalara yol verirlər. Burada sahibkarların bəzilərinin əsas meyli odur ki, istifadələrində olan avtobuslardan daha çox istifadə edərək daha çox pul qazansınlar. Sürücüyə plan qoyulub. Deyirlər get pul qazan mənim pulumu gətir. Sürücü də yol hərəkəti qaydalarına məhəl qoymur, kütləvi şəkildə hərəkət qaydalarını pozur. Çox təəssüf ki, müxtəlif üsullarla bir çox sahibkarlar onları himayəçiliyə alır və cəzasızlıq mühiti yaradır. Məsələn, deyək ki, yol polisi, digər nəzarət qurumları pozuntuya görə sürücüləri cərimələyə bilmir. Cəzasızlıq mühiti aradan qaldırılarsa qəzaların sayı azalar”, o qeyd edib.

Ərşad Hüseynov “yol infrastrukturunun quruluşu, piyada yollarının olmaması və ya zəbt edilməsi, yolların nişanlanmasındakı qüsurlar qəzalara səbəb olurmu?” sualına cavabda deyib ki, bu hallar da qəzaların əsas səbəblərindəndir.

Bakı yaxınlığında avtobusun qatarla toqquşması nəticəsində çox sayda adam yaralanıb.
Bakı yaxınlığında avtobusun qatarla toqquşması nəticəsində çox sayda adam yaralanıb.

“Məsələn, srağagün baş vermiş avtobus qəzasında aydın şəkildə görünür ki, dəmiryolu hərəkətinin təşkilində qüsur var. Ona görə bax belə miqyaslı hadisə baş verib”, ekspert qeyd edib.

Onun firkincə qəzalar bir çox hallarda nəqliyyat vasitələrinin texniki cəhətdən saz olmaması ilə bağlıdır.

“Bəzi hallarda nəqliyyat vasitələri tam saz vəziyyətdə olmur. Yol infrastrukturunda süni işıqlandırma olmaması da qəzanı yaradan əsas səbəblərdən biridir.”

Ərşad Hüseynov konkret Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun qatarla toqquşması barədə deyib ki, baş verən qəzada daha bir amil var.

“Foto-video çəkilişlərdə aydın görünür ki, şlaqbaum yoxdur, hələ dəmiyoluna çatmamış xəbərdarlıq nişanları yoxdur. Keşlədəki keçid dəmiryolunda da bu belədir”.

Yol infrastrukturunda süni işıqlandırma olmaması da qəzanə yaradan əsas səbəblərdən biridir.

Ekspet hesab edir ki, vəziyyətdən çıxış yolu hökumətin özünün bu işə qarışaraq durumu yaxşılaşdırmasıdır və bunun indiki halda hər hansı alternativi yoxdur .

Oktyabrın 30-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (Bakıdan 44 kilometr şimal) yük maşını ilə Qubaya turist aparan sərnişin avtobusu toqqşuşub, nəticədə 4 nəfər həyatini itirib, 14 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Oktyabrın 1-də isə Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub, nəticədə iki nəfər ölüb, 34 nəfər xəsarətlə xəstəxanalara yerləşdirilib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bildirib ki, Binə qədəbsində 160 saylı sərnişin avtobusunun qəza törətdiyi zaman dəmiryol şlaqbaumunun olmaması barədə yayılab məlumatların əsası yoxdur. Cəmiyyət bildirib ki, avtobus dəmiryol şlaqbaumu qapadılmış vəziyyətdə olarkən onun yanından ötərək qatarla toqquşub və bunu əks etdirən video yayıb. Amma, videonun haradan əldə edildiyi göstərilməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG