Accessibility links

6 ayda sürücülərə 40,2 milyon manat cərimə tətbiq edilib


Avtomobil qəzası
Avtomobil qəzası

Qaydaların pozulmasına görə, 2016-cı ilin yanvar-iyun aylarında sürücülərə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, bu ilin 6 ayında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin sayı azalıb. Bununla yanaşı komitə yol-nəqliyyat hadisələrinin sayı barədə məlumat vermir, sadəcə təhlilini diqqətə çatdırır.

“Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri həlak olub”, Statistika Komitəsi bildirir.

Yol-nəqliyyat hadisələrinin 43,6 faizi gündüz, 37,4 faizi gecə, 19,0 faizi isə toran vaxtı baş verib. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib.

2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb.

XS
SM
MD
LG