Accessibility links

Braziliyada sürücü avtomobili insanların üzərinə sürüb


Kopakabana çimərliyi, Rio. 18 yanvar, 2018
Kopakabana çimərliyi, Rio. 18 yanvar, 2018

Sürücü avtomobili Rio şəhərinin Kopakabana çimərliyindəki bulvar boyunca toplanan insan kütləsinin üzərinə sürüb.

Braziliyanın hərbi polisinin verdiyi məlumata görə, hadisənin terror hücumu olması ilə bağlı heç bir ilkin sübut yoxdur.

Polis tərəfindən saxlanılan sürücü bildirib ki, o içkili olmasa da anidən avtomobilin idarəetməsini itirib. Saxlanılan şəxsin epilepsi xəstəliyindən əziyyət çəkdiyi güman edilir.

Hadisə isə bağlı istintaq davam edir.

XS
SM
MD
LG