Accessibility links

Gürcüstandan Azərbaycana gələn turist avtobusu qəzaya düşüb


Iyunun 1-də Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tbilisdən Bakıya doğru hərəkət edən turist avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.

Avtobusda olan 20 şagird və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan 1 nəfər şagird xəstəxanaya yerləşdirılib. Digər sərnişinlər isə başqa avtobusla Bakıya yola salınıb.

XS
SM
MD
LG