Accessibility links

Bakıda 9 ayda yol-nəqliyyat hadisəsində 147 nəfər ölüb


Qəza- avtobus qatarla toqquşub
Qəza- avtobus qatarla toqquşub

Bu ilin 9 ayı ərzində Bakıda şəhərində baş verən 430 yol-nəqliyyat hadisəsində 147 nəfər ölüb.

Bu barədə oktyabrın 27-də 9 ayın yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov deyib.

Onun szlərinə görə, yol qəzalarında 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb. Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib”, Həsənov qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG