Accessibility links

AXC-nin 24-cü ildönümü


Əli Kərimli
Əli Kərimli

AXC 1989-cu ildə təsis edilib və milli-azadlıq hərəkatına rəhbərlik edib.

İyulun 16-da Azərbaycanın demokratik qüvvələri Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 24-cü ildönümünü qeyd edib. AXC
AXC 1989-cu ildə təsis edilib və milli-azadlıq hərəkatına rəhbərlik edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, AXC-nin qurucusu xalqdır və bu gün də bu partiya ayrı-ayrı qrupların deyil, bütövlükdə xalqın maraqlarını ifadə edir.

Əli Kərimli Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəy başda olmaqla təşkilatın ilk rəhbərliyini minnətdarlıqla anıb, onlara təşəkkür edib.

AXCP sədri deyib ki, təşkilat yarandığı gündən bəri, 1 il 1 aylıq qısa müddəti çıxmaq şərti ilə, heç vaxt siyasi məhbuslarsız olmayıb. Cəbhəçi siyasi məhbuslar bu adı şərəfləndirib.

AXC-nin 24-cü ildönümü
AXC-nin 24-cü ildönümü
“Bu gün də həbsdə AXCP-dən və başqa ictimai-siyasi qüvvələri təmsil edən xeyli siyasi məhbus var. Onlar qeyrət simvoludur”.
Milli Şura barədə danışan Ə.Kərimli bildirib ki. hələ bir il əvvəldən AXCP müxalifətin böyük birliyi üçün çalışıb.

“O zaman çoxları elə sanırdı ki, AXCP bunu özü üçün edir. Amma Milli Şuranın formalaşmasında, vahid namizədinin seçilməsində birlik və qələbə naminə güzəştli mövqe tutdu. AXCP sonadək Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun qələbəsi naminə çalışacaq”, o qeyd edib.

Müsavat başqanı İsa Qəmbər 16 iyulu şərəfli gün adlandırıb və bu tarixlə bağlı bitməyən xatirələrinin olduğunu deyib.

“Müstəqilliyin əldə edilməsində, SSRİ-nin dağılmasında Xalq Cəbhəsinin müstəsna rolu var. Bunu ancaq nadanlar danıb və danmaqdadır”.

İsa Qəmbər hesab edir ki, Xalq Cəbhəsi ilə bağlı kitablar yazılmalı, həqiqətlər xalqa çatdırılmalıdır.

Tarixçi alim Cəmil Həsənli AXC-ni “tarix yaradan təşkilat” adlandırıb.
“Azərbaycana müstəqillik bəxş edən bu təşkilat ölkəni azadlığa da qovuşduracaq”.

Cəmil Həsənli bildirib ki, Azərbaycanın avtoritar hakimiyyəti ötən illərdə milli təşkilatlara, o cümlədən Xalq Cəbhəsinə düşmənə edə bilmədiklərini edib.
“Hazırda belə bir hücum da Milli Şuraya və onun sədri Rüstəm İbrahimbəyova qarşıdır”, o qeyd edib.

VHP sədri Sabir Rüstəmxanlı deyib ki, zaman böyükləri daha da böyüdür, kiçikləri daha kiçik, qum edib itirir.

“Xalq Cəbhəsinə atılan böhtanlar, iftiralar yersiz və nəticəsizdir”, Rüstəmxanlı bildirib.

ACP sədri Sülhəddin Əkbər mübarizədə gənclərin sıralarının genişləndiyini xüsusi vurğulayıb və bunu qələbənin əsası kimi qiymətləndirib. O, Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd kimi irəli sürülməsini yüksək qiymətləndirib.

“Tarixin bütün çətin məqamlarında xalq ziyalıların ətrafında birləşib, indi də elədir”, Əkbər bildirib.

Tədbirdən sonra Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəyin məzarı ziyarət edilib.
XS
SM
MD
LG