Accessibility links

AXCP: Çoxsaylı aksiya iştirakçısı xəsarət alıb, 4 nəfərdən xəbər yoxdur


Bakıda “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib
Bakıda “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Dekabrın 1-də Bakıda, Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan 4 fəalın aqibəti hələ məlum deyil.

Onlar fəal Rüstəm İsmayılbəyli, Xalq Cəbhəsi Partiyasının fəalları İlham Hüseyn, Səyyad Quliyev və Elxan Əliyevdir.

İsmayılbəylinin ailə üzvlərinin sözlərinə görə, o, aksiyada iştirak etməyib, aksiya başa çatdıqdan sonra oraya gedib.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, polis ümumilikdə 40-dan çox aksiya iştirakçısını saxlayıb, onların əksəriyyəti sərbəst buraxılıb.

AXCP Mətbuat Xidmətinin məlumatına görə, aksiya zamanı və polis bölmələrində çoxsaylı insan işgəncələrə məruz qalıb.

“Onlardan Tofiq Yaqublu, Paşa Dadaşazadə (qolunun qırıldığı bildirlir) və digər 6 fəal ağır xəsarət alıb. Onlarla fəal yüngül xəsarətlər alıb. Çoxsaylı aksiya iştirakçısı isə paytaxtdan kənara aparılaraq sərbəst buraxılıb,” mətbuat xidmətindən bildiriblər.

AXCP bildirir ki, xəsarət alanlar işgəncə faktlarının araşdırılması üçün prokurorluq orqanlarına şikayət edəcək.

Daxili İşlər Nazirliyi hələ işgəncə və xəsarət halları barədə yayılan məlumatlara münasibət bildirməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edirlərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

Rüstəmli 26 gündür həbsxanada aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG