Accessibility links

AXCP aksiya keçirən üzvünün saxlanıldığını, Daxili İşlər Nazirliyi isə müayinə üçün dəvət edildiyini bildirir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin üzvü Natalya İorina (Nata Katamadze) Daxili İşlər Nazirliynin binası qarşısında təkadamlıq aksiya keçirdiyi üçün "polisə müqavimət" maddəsi ilə inzibati qaydada saxlanılıb və hazırda Xətai rayon Polia İdarəsinin 37-ci Polis Şöbəsində saxlanılır.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayılb.

Məlumatda deyilir ki, Natalya İorina bu gün, noyabrın 14-də məhkəmə qarşısına çıxarılacaq.

AXCP-nin məlumatına görə, İorinanın aksiya keçirməsinin səbəbi onun daxili işlər orqanlarından şikayətlərinin düzgün araşdırılmaması olub.

Natalya İorinanın özü isə facebook səhifəsində yaydığı videoda bildirib ki, onun telefonuna şantaj dolu hədələr gəlir.

“Məndən tələb edirlər ki, məznilimi satıb ölkəni tərk edim. Lakin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi mənim şikayətlərimi araşdırmır. Bu səbəbdən də etiraz edirəm,“ o qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, Natalya İorina saxlanılmayıb.

“Onun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, polis şöbəsinə dəvət edilməsində hər hansı siyasi motiv yoxdur. Polis Natalya İorinanın özünə xəsarət yetirməsinin qarşısını alıb. Onun yenidən özünə xəsarət yetirməməsi və həkim müayinəsindən keçirilməsi məqsədi ilə müvafiq polis şöbəsinə dəvət olunub. Hazırda səhhəti normalıdr. Yaşadığı ünvana aparılması təmin olunacaq. Barəsində cinayət və inzibati qaydada hər hansı icraat yoxdur,” o qeyd edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG