Accessibility links

AXCP fəalı 20 sutkalıq inzibati həbs cəzası alıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının Elxan Əliyevin oktyabrın 16-da inzibati qaydada həbs olunub.

Bu barədə AXCP-dən məlumat verilib.

Partiyadan verilən məlumata görə, Elxan Əliyev oktyabrın 15-də saat 17:20 radələrində yoxa çıxıb.

Sonradan AXCP üzvünün Xətai rayon 37-ci polis bölməsində olduğu və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edildiyini məlum olub.

AXCP Elxan ƏliyevinXətai rayon Məhkəməsində 20 sutka inzibati həbs cəzası verildiyini qeyd edib.

Bu deyilənlərə Xətai rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən, o cümlədən Elxan Əliyevin ailəsindən münasibət öyrənmək mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG