Accessibility links

AXCP fəalı aclıq edir


İyulun 23-də Bakının Binəqədi rayon Məhkəməsının qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov həbsinə etiraz olaraq saxlandığı gündən aclığa başlayıb. Bu xəbəri Elnur Həsənovun özü Binəqədi rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliynin Inzibati Həbs Olunanların Saxlama Məntəqəsindən zəng edib ailəsinə bildirib.

Bu barədə AXCP məlumat yayıb.

Elnur Həsənov iyulun 14-dən 15-nə keçən gecə Tovuz rayonunda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək yürüşündə iştirak etdiyinə görə iyulun 21-də saxlanılaraq Baş Prokurorluğun Istintaq İdarəsində dindirildikdən sonra inzibati həbsə məhkum edilib.

Bununla yanaşı, Həsənovun aclıq etməsinə rəsmi qurumlar hələ münasibət bildirməyib.

AXCP-nin məlumatına ğörə, iyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 40 nəfərədək fəalı saxlanılıb.

“Onlardan 14 nəfərə qarşı ağır ittihamlar irəli sürülüb. 13 nəfər inzibati həbsədədir,” məlumatda deyilir.

AXCP sədri hesab edir ki, insanlar tamamilə günahsız olduqları halda həbs olunublar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG