Accessibility links

AXCP fəalı sərbəst buraxılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Paşa Dadaşzadə Bakının Binəqədi rayon Polis İdarəsində şifahi xəbərdarlıq edilərək iyunun 20-də sərbəst buraxılıb. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, fəal dünən axşam saatlarında evindən polisə aparılıb.

“Dadaşzadə polisdə Facebook-da hüquq-mühafizə orqanlarının və digər hökumət qurumlarının kəskin tənqidi əks olunan video yayıb. Polis bu video barədə soruşub və təkzib verməsini tövsiyə edib. O, şifahi xəbərdarlıq edilərək sərbəst buraxılıb,” Bayramlı qeyd edib.

Öz növbəsində rəsmi qurumlar Paşa Dadaşzadənin xəbərdarlıq edilməsi barədə hələ məlumat yaymayıb.

XS
SM
MD
LG