Accessibility links

AXCP fəalı azadlığa buraxılıb


Səid Məmmədzadə vəkil Elçin Sadıqovla məhkəmənin qarşısında

Bakı Apellyasiya Məhkəməsi həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səid Məmmədzadəni azadlığa buraxıb.

Bu barədə hakim Faiq Qasımovun sədrliyi ilə qərar qəbul edilib.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə AXCP fəalının cəzası şərti hesab olundu və məhkəmə zalında həbsdən azad edilib.

Aprelin 28-də Bakının Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Səid Məmmədzadə barədə 3 il 6 ay həbs hökmü çıxarıb və fəal məhkəmə zalında həbsə alınıb.

AXCP fəalı barədə ötən il mayın 18-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə 3 aylıq həbs-qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə günahlandırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Səid Məmmədzadə maşınyuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

Ötən ilin iyul ayının 20-də Xətai rayon Məhkəməsi Səid Məmmədzadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edib.

Səid Məmmədzadənin həbsi Facebook səhifəsində hökuməti və yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqidindən sonraya təsadüf edir.

O, ittihamı qəbul etmir və məhkəmədə kiməsə xəsarət yetirmədiyini bildirib.

AXCP sədri Əli Kərimli bildirib ki, ölkənin adlı-sanlı idmançısı, mötəbər yarışlarda Azərbaycan bayrağını dəfələrlə ucaltmış Səid Bakuvinin həbsi siyasi sifarişdir.

Səid Məmmədzadə qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionudur.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG