Accessibility links

AXCP fəalı bu il üçüncü dəfə eyni ittihamla həbs edilib


Tofiq Məmmədov
Tofiq Məmmədov

Aprelin 12-də Bakının Yasamal rayon Məhkəməsi AXCP fəalı Tofiq Məmmədovu 20 sutka inzibati həbsə məhkum edib. O İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Poliain qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb. Bu barədə Amerikanın Səsinə AXCP-dən bildirblər.

Tofiq Məmmədov bu il ərzində artıq eyni ittihamla 3-cü dəfədir (Milli Şuranın yanvarın 19-dakı mitinqindən öncə 20 sutka, fevralın 22-də 15 sutka, ) inzibati həbsə məhkum edilir.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 52 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inizbati həbsə məhkum edilib.

AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG