Accessibility links

AXCP fəalı cərimələnib


Polis maşını
Polis maşını

Avqustun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qorxmaz Əliyev Abşeron Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilib.

AXCP-nin məlumatına görə, Qorxmaz Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsinin pozulmasında təqsirli bilinib.

Bununla yanaşı rəsmi qurumlar Qorxmaz Əliyevin həbsinə münasibət bildirməyib.

AXCP fəalı avqustun 25-də yerli polisə aparılıb, sonra azadlığa buraxılıb və avqustun 26-da yenidən saxlanılıb.

AXCP Qorxmaz Əliyevin həbsinin bir neçə gün əvvəl Xırdalan qəbiristanlığında çəkiliş aparması ilə bağlı olduğunu bildirir.

AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 90-dək fəallı inzibati qaydada cəzalandırılıb. Onlardan 60 nəfəri 10 sutkadan 30 sutkayadək, o cümlədən bir fəal 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib.

Bu il AXCP-nin 26 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.

Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.

Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG