Accessibility links

AXCP fəalı Cəzaçəkmə Müəssisəsində işgəncə və rüşvət halları olduğunu bildirir


Əlzamin Salayev məhkəmədən aparılarkən

“Penitensiar Xidmətin Bakıdakı 17 Saylı Cəzaçəkmə Müəssisəsində qanunsuzluq hökm sürür. Müəssisənin rəisi hər gün insan hüqüqlarını pozur, işgəncə geniş tətbiq olunur, təzə gələn məhbuslara işgəncə verilir. Hər şeyə görə rüşvət tələn olunur.”

Bu barədə 17 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin Salayevin audio müraciətində deyilir.

Salayev deyir ki, səhhəti agır durumda olmasına baxmayaraq, onun tələbilə yanına həkim gətirilmir.

Salayevin sözlərinə görə, məhbuslar agır şəraitdə yaşamaq ücün carpışırlar. O təcili tibbi yardım istəyir.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, cəzaçəkmə müəssisələrində "nə rüşvət, nə də işgəncə halları yoxdur."

“Məhbuslar narazılıqlarını telefonla "Qaynar Xətt"ə, Penitensiar Xidmətə, hüquq mühafizə orqanlarına catdıra bilərlər. Həftədə iki dəfə onlara 15 dəqiqəlik telefonla danışmaq imkanı verilir və telefonun üzərində “Qaynar Xətt”in nömrəsi göstərilib. Zəng edib şikayətlərini versinlər,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.

Penitensiar Xidmət Əlzamin Salayevin səhhətində ciddi problemin olmadığını bildirib.

“Əgər narahatlığı varsa cəzsaçəkmə müəssisəsinin tibb məntəqsinə müraciət etsin,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.

AXCP Salyan şöbəsinin fəalı Əlzamin Salayev 2021-ci il aprelin 20-də Salyan Rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Salayev sosial şəbəkədə video yayaraq Həmzə Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra, Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polisin şikayətini təmin edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG