Accessibility links

AXCP fəalı həbs edilib


Vüqar Əbilov
Vüqar Əbilov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron şöbəsinin fəalı Vüqar Əbilov Abşeron rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda bildirilir ki, fəal aprelin 16-da polisə dəvət edilib və Abşeron rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) günahlı bilərək 20 sutka inzibati həbsə məhkum edib.

AXCP bildirir ki, martın 24-də xüsusi karantin rejimi tətbiq edildikdən sonra 10-dan çox fəal saxlanılıb və inzibati qaydada həbs edilib.

Azərbaycan Daxili İşlər Nazirliyi karantin rejiminin tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir.

Nazirliyin məlumatına görə, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir.

XS
SM
MD
LG