Accessibility links

AXCP fəalı həbs edilib


İslam İslamzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı İslam İslamzadə aprelin 18-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP-nin məlumatında deyilir.

“İslam İslamzadə aprelin 17-də axşam saxlanılıb. Aprelin 18-də məhkəmə fəalı İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarının pozulması) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilib,” məlumatda qeyd edilir.

AXCP ittihamları əsassız sayır.

Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG