Accessibility links

AXCP fəalı həbs edilib


Şəmsi Kəsəmənli
Şəmsi Kəsəmənli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şəmsi Kəsəmənli aprelin 25-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbsə məhkum edilib. Onu yaşadığı evdən aparıblar.

Bu barədə AXCP məlumat yayıb.

“Şəmsl Kəsəmənli AXCP Abşeron rayon şöbəsinin fəallarından birinə zəng edərək facebook-dakı statuslarına görə Abşeron rayon Məhkəməsinin qərarı ilə 15 sutla inzibati həbsə məhkum edildiyini deyib. Bundan sonra telefon ondan alınıb. Detallı məlumat verə bilməyib,” AXCP-dən Amerikanın Səsinə deyiblər.

Rəsmi qurumlar müxalifət fəalının həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Karantin dövründə AXCP-nin ondan çox fəalı inzibati qaydada həbs edilib. AXCP fəallarının həbsini siyasi sifariş hesab edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti karantin qaydalarının tətbiqində ayrıseçkiliyə yol verilmədiyini və bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG