Accessibility links

AXCP fəalı həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elvin Məmmədov Bakının Qaradağ rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Elvin Məmmədov mayın 4-də ailəsinə zəng edərək Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində saxlanıldığını deyib.

Bu barədə AXCP məlumat yayıb.

Məmmədovun hansı ittihamla həbs edildiyi barədə məlumat verilmir.

“Elvin Məmmədov bu gün ailəsinə zəng edib. Yalnız 30 sutka inzibati həbsə məhkum edildiyini deyib. Sonra telefon əlaqəsi kəsilib. Fəal mayın 2-də iş yerinə dəvət edilib və sonra evə qayıtmayıb. Məmmədovun partiyanın lideri Əli Kərimli barədə şeriini Facebook səhifəsində yayandan sonra saxlanılıb,” AXCP-dən Amerikanın Səsinə deyiblər.

AXCP karantin dövründə 12 fəalının inzibati qaydada, bir fəalının isə cinayət ittihamı ilə həbs edildiyini bildirir.

Öz növbəsində, Daxili İşlər Nazirliyi karantin qaydalarının tətbiqində ayrıseçkiliyə yol verilmədiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

XS
SM
MD
LG