Accessibility links

AXCP fəalı həbs edilib


AXCP Mingəçevir təşkilatının fəalı saxlanılarkən (Fotonu AXCP-nin yerli təşkilatı yayıb)

Mingəçevir şəhər Məhkəməsi (Bakıdan 336 kilometr qərb) mayın 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şəhər təşkilatının fəalı Ceyhun Rzayevi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandıraraq 10 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsinə AXCP-nin Mingəçevir şəhər təşkilatından bildiriblər.

Ceyhun Rzayevlə bərabər saxlanılan digər iki ictimai fəal xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Ceyhun Rzayev və iki icitimai fmayın 9-da Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini küçədə asarkən polis tərəfindən saxlanılıb.

Rəsmi qurumlar AXCP fəalının həbsi ilə bağlı xəbərə hələ şərh verməyib. Daxili İşlər Nazirliyi bir qayda olaraq qanunvericiliyin tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir.

Bununla da karantin dövründə 15 AXCP fəalı inzibati qaydada, 1 fəal isə cinayət təqibi ilə həbs edilib.

XS
SM
MD
LG