Accessibility links

AXCP fəalı məhkəmədə işgəncədən danışıb


Əlzamin Salayev
Əlzamin Salayev

Sentyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayevin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayəti üzrə hazırlıq iclası keçirilib.

Şikayət vəkil Elçin Sadıqov tərəfindən, Salayevin cəzasının yarısını çəkməsi ilə əlaqədar azadlığa buraxılmasından imtina edən Xəzər rayon məhkəməsinin 6 avqust tarixli qərarından verilib.

Vəkilin jurnalistlərə verdiyi məlumata görə, məhkəmənin bugünkü iclasında Salayev 17 saylı cəzaçəkmə müəssisəsində məruz qaldığı işgəncələrdən danışıb.

Öz növbəsində, hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, Salayev sentyabrın 8-dən etibarən aclıq edir.

Əhmədovun sözlərinə görə, həbsxanada Salayevə imzalaması üçün hansısa sənədlər veriblər. Ona həbsxanadan azad edilməsi müqabilində kağızları imzalamağı təklif ediblər. Əks halda yeni cinayət işi açılacağı ilə hədələyiblər.

Amma Salayev bu təklifi rədd edib. Bundan sonra ağır işgəncələrə məruz qalıb. Salayev karserə salınıb və telefon zənginə qadağa qoyulub.

“Zamin Salayevi məhkəmədə gördüm. O, həddindən artıq arıqlayıb. Vəziyyəti yaxşı deyil. Həyatı və sağlamlığı üçün təhlükə var. Nitq qabiliyyətində problemlər yaranıb”, deyə hüquq müdafiəçisi qeyd edib.

Onun sözlərinə görə, Salayevin işgəncəyə məruz qalması, cərimə kamerasına salınması haqda məlumatlıdırlar. Bu məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə də məktub göndəriblər:

"Penitensiar Xidmətdən cavab olaraq bildirilib ki, Zamin Salayev "kars"a salınmayıb, istintaq təcridxanasına köçürülmə öncəsi karantində saxlanılıb, heç bir sənəd imzalamağa da məcbur edilməyib. Təəssüf ki, bizə bu şikayətləri yerində araşdırmaq üçün şərait yaradılmır. Ombudsman Aparatından bizə deyildi ki, məsələni nəzarətdə saxlayırlar".

Ombudsman Aparatından Salayevin durumu ilə əlaqədar Penitensiar Xidmət və digər aidiyyəti orqanlara müraciət olunduğu bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG