Accessibility links

AXCP fəalı psixiatriya xəstəxanasına yerləşdirilib


Aqil Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov martın 30-da Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bu barədə Amerikanın Səsinə Aqil Hümbətovun həyat yoldaşı Aygül Hümbətova bildirib.

Onun sözlərinə görə, Aqil Hümdətov məhkəmənin qərarı ilə məcburi əməyə cəlb olunub.

“Mayın 30-da da onu işləmək üçün dəvət etdilər. Evdən çıxandan sonra 4 nəfər mülki geyimli şəxs onu naməlum istiqamətə aparıb. İndi deyirlər guya Aqil özü ərizə yazaraq Psixiatriya Xəstəxanasında müalicə olunmasını istəyib. Bu tam yalandlır. Aqildə xəstəlik yoxdur. Onu məcbur aparıblar. İndi polislər deyir ki, 3-4 günə evə buraxarlar. Mən onların dediklərinə də inanmıram. Bu səbəbdən məsul şəxslərə müraciət edirəm, Aqili sərbəst buraxın. O üç uşaq atasıdır” o qeyd edib.

Aqil Hümbətov martın 29-da sosial şəbəkələrdə hakimiyyəti tənqid edib. O, övladının müalicəsi üçün pul tapa bilmədiyini bildirib.

Rəsmi qurumlar müxalifət fəalının taleyi ilə bağlı hələ məlumat yaymayıb.

Hümbətov bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG