Accessibility links

AXCP fəalı Səid Məmmədzadə xuliqanlıqda ittiham olunur


Səid Məmməzadə və Əli Kərimli

Mayın 18-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səid Məmmədzadə (Bakuvi) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Məmmədzadə Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə günahlandırılır.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün cinayət işini aparan Xətai rayon Polis İdarəsinin müstəntiqi Əflatun Səlimov Məmmədzadənin anasına zəng vuraraq onun kiməsə bçaqla xəsarət yetirdiyini bildirb.

İttiham sübut olunarsa AXCP fəalını 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalası gözləyir.

Səid Məmmədzadənin həbsi facebook səhifəsində hökuməti və yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqidindən sonraya təsadüf edir.

Vəkil Elçin Sadıov Amerikanın Səsinə bildirib ki, Səid Məmmədzadə ittihamı qəbul etmir.

"O məhkəmədə kiməsə xəsarət yetirmədiyini bildirib," Sadıqov qeyd edib.

Vəkil Xətai rayon Məhkəməsinin qəraından apellyasiya şikayəti verəcəyini bildirib.

AXCP sədri Əli Kərimli bir qədər öncə bildirib ki, ölkənin adlı-sanlı idmançısı, mötəbər yarışlarda Azərbaycan bayrağını dəfələrlə ucaltmış Səid Bakuvi 3 gündür oğurlanıb.

“Böyük ehtimalla ona da Niyaməddin bəy kimi agir işgəncələr verilir, hansısa cinayət işi quraşdırılır. Belə də dövlət olar? Dövlət hakimiyyətini faktiki ələ keçirmiş qrup dövlət adı altında haqqı dilə gətirən, əqidəli vətəndaşlara zülm edir. Zülmün ərşə dirəndiyi, parlaq gənclərin şərlənib məhbəslərdə çürüdüldüyü bu günlərdə gərək özünə demokrat deyən kimsə susmasın. Bu rüsvayçılığa, anti-insani əməllərə necə susmaq olar axı?” AXCP sədri qeyd edib.

Rəsmi qurumlar Səid Məmmədzadənin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG