Accessibility links

AXCP fəalı saxlanılıb


Əlixan Rəcəbli
Əlixan Rəcəbli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin fəali Əlixan Rəcəbli bu gün, iyulun 4-də evindən Masallı Rayon Polis Şöbəsinə aparılıb. Onun saxlanılması ilə bağlı hər hansı səbəb göstərilməyib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir.

“Bu gün bir nəfər evimizə gəldi. Əlixana dedi ki, onu polis rəisi çağırır. Əlixan da onunla getdi və indiyədək bir xəbər yoxdur,” fəalın həyat yoldaşı Amerikanın Səsinə bildirib.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Rəcəbli hazırda Bakıya gətirilir.

AXCP ehtimal edir ki, fəalın saxlanılması hansısa facebook paylaşması ilə bağlıdır.

“Bu Xalq Cəbhəsi Partiyasına qarşı repressiya siyasətinin davamıdır. Partiya bu cür təzyiqlərlə özünün dinc məqsədlərindən imtina etməyəcək,” AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə deyib.

Rəsmi qurumlar fəalın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

AXCP-nin məlumatına görə, COVİD-19 pandemiyası dövründə partiyanın otuzdan çox fəalı inzibati qaydada, 3 fəal isə cinayət təqibi ilə həbs edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG