Accessibility links

Fəal təkrarən 30 sutka həbs edilib


Rafael Hüseynzadə
Rafael Hüseynzadə

Gənc fəal Rafael Hüseynov yenidən inzibati qaydada 30 sutka həbs olunub.

Bu barədə Amerikanın Səsinə onun atası Füzuli Hüseynov bildirib.

Onun sözlərinə görə, Mehdiabad qəsəbəsi polis bölməsində ona deyiblər ki, fevralın 28-də axşam onun oğlunu Abşeron Rayon Polis İdarəsinə aparıblar.

Həmin idarədə Füzuli Hüseynova bildiriblər ki, oğlu inzibati qaydada 30 sutka həbs olunub, lakin həbsin səbəbini açıqlamayıblar.

Füzuli Hüseynov qeyd edib ki, Abşeron Rayon Polis İdarəsində cəza çəkmək üçün lazımi şərait yoxdur.

Onun sözlərinə görə, saxlama kameraları uzunmüddətli həbs üçün nəzərdə tutulmayıb.

Füzuli Hüseynov təkbaşına aksiya keçirir- 24.04.2017
Füzuli Hüseynov təkbaşına aksiya keçirir- 24.04.2017

"Mən özüm də Abşeron polisində saxlanılmışam. Orada şərait çox pisdir. Kameralar qızdırılmır, antisanitariya hökm sürür, qidalanma çox pisdir. Başa düşmürəm, inzibati qaydada həbs edilənlər üçün xüsusi məntəqənin olduğu halda niyə oğlumu Abşeron polisində saxlayırlar", Füzuli Hüseynov qeyd edib.

O deyib ki, oğlu fəal vətəndaş mövqeyi ilə əlaqədar uydurma ittihamlarla təqib olunur.

Hüseynovlar ailəsi ölkəyə təkbaşına aksiya keçirmək ənənəsi gətirib. İlk olaraq Füzuli Hüseynov bir neçə dəfə “Siyasi məhbsulara azadlıq!” şüarı qaldıraraq aksiya keçirib və azı iki dəfə inzibati həbsə məhkum edilib.

İctimai fəal Rafael Hüseynov da atasının ənənəsini davam etdirərək yanvarın 25-də siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına etiraz aksiyası keçirdiyinə görə saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilrib. O fevralın 24-də azadlığa çıxıb və dörd gün sonra yenidən saxlanılaraq təkrarən 30 sutka inzibati həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG